image-qanunla-reklam
image-297442147_2333694836788083_1255882369513839960_n

Zərdabda Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin ad günü qeyd olunudu-FOTO

image-lady-day-az

3 avqust tarixində Zərdab rayonu sakini İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Anar Nazim oğlu Məmmədzadənin ad günü Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,başçının humanitar məsələlər üzrə müavini Xəyalə Veyisova,YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Zərdab rayon icra hakimiyyətinin başçısının Zərdab şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Əliyev, İcra Hakimiyyəti Aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Ramil Əhmədov, Gənclər və idman idarəsinin rəisi Ələkbər Kərimov, ictimaiyyət nümayəndələri və ailəsi ilə birlikdə qeyd olunmuşdur. Əvvəlcə şəhidin əziz xatirəsi yad olunub məzarı üzərinə gül dəstələri düzülmüşdür.Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına Qurandan ayələr oxunub, dualar edilib.

Qanunla.Az  xəbər verir ki, tədbirdə çıxış edən icra başçısı bildirdi ki, Azərbaycan xalqı Ali Baş Komandanımız  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan Ordusunun qüdrəti ilə qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad ediblər.

Həmçinin vurğulandı ki, Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemləri hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılacaq, Azərbaycan xalqı Qarabağımızın işğaldan azad olunması  uğrunda tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla anacaq.

Müqəddəs Üçrəngli bayrağımız bu gün respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş əzəli və əbədi torpaqlarımızda dalğalanmaqdadır.

Görüş zamanı şəhid atası onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, şəhid Anar Məmmədzadə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə ”Vətən uğrunda”,”Füzulinin azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Daha sonra Icra başçısı birinci Qarabağ döyüşlərində şəhid olan Mehman Babaşova Dövlət tərəfindən tikilən evə baxış keçirib.İcra başçısı Mərdan Camalzadə bildirib ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin, Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.Şəhid ailələri üçün təbii ki, dövlət tərəfindən lazımı addımlar atılır və atılmaqda davam edəcək.

Vüqar Rəhimov

image-297325089_2333700510120849_1546258075019433982_nimage-297012440_2333694803454753_4741290139964649873_nimage-297442147_2333694836788083_1255882369513839960_nimage-297412448_2333695080121392_585236499534077660_nimage-297333692_2333695123454721_7110743438241216304_nimage-297392358_2333695160121384_7021556286144686741_nimage-297492201_2333695340121366_7214476862303235445_nimage-297283847_2333695540121346_9113423149076072919_nimage-297364471_2333695600121340_6778057867941657510_nimage-297277868_2333695750121325_3701543470250488531_nimage-297389611_2333695810121319_7854768510863380138_nimage-297266323_2333695880121312_3587059368793082065_nimage-297341530_2333695980121302_6664259628644849635_nimage-297335563_2333696040121296_4272696620052672162_nimage-297318543_2333696106787956_9164005111243237310_nimage-297311908_2333696506787916_5011907921373088346_nimage-297330297_2333696906787876_2633457991256614018_nimage-297388529_2333697006787866_8061609857861247779_nimage-297411997_2333697076787859_638314445660347394_nimage-297371726_2333697150121185_3395839177369080638_nimage-297498659_2333697173454516_7601420047667838026_nimage-297295141_2333697206787846_83631949027592609_nimage-297271523_2333697270121173_8872292639883476907_nimage-297304851_2333697320121168_6403975608712503870_nimage-297693241_2333697386787828_4339165756007021091_nimage-296853077_764917471511076_6151259682250662644_nimage-296522213_1510164579441472_4350084809418822860_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki