Zərdabda Şəhid məzarlarının ətrafının təmizlənməsi aksiyası davam etdirilir.
Qanunla.Az xəbər verir ki,Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının əməkdaşları və bir qrup YAP fəalları, şəhid məzarlarının ətrafının təmizlənməsi və abadlaşdırılması aksiyası çərçivəsində öz fəaliyyətlərini davam etdirirlər.
Oktyabrın 8-də rayon təşkilatı aparatının əməkdaşları və partiyanın bir qrup fəal üzvləri rayonun Gəlmə kəndi ərazisində, şəhidlərin dəfn olunduğu məzarlıqda 09.10.2020 ci-il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Məmmədzadə Anar Nazim oglunun məzarını ziyarət etmişlər. Eyni zamanda həmin məzarlıqda dəfn olunmuş diğər şəhidlərin də məzarları ziyarət olunaraq ətrafda təmizlik və səliqə-səhman işləri aparılmışdır.
Əməkdaşlar və fəallar təmizlık işlərindən sonra şəhidlərin məzarları üzərinə gül-çiçək dəstələri düzmüşlər.
Qeyd edək ki, 03.08.1999-ci il tarixdə Zərdab şəhərində anadan olmuş Məmmədzadə Anar Nazim oğlu Füzuli rayonu uğrunda gedən döyüşlərdə,qəhrəmancasına döyüşərək şəhid olmuş, 19.11.2020-ci ildə nəşi torpağa tapşırılmışdır. Anar Məmmədzadə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilmişdir.