image-qanunla-reklam
image-312536832_2406025286221704_8253750510844173373_n

Zərdabda şəhid mayor Rəhim Hüseynovun ildönümü qeyd olunub-FOTO

image-lady-day-az

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Zərdab rayon Gəlmə kənd sakini mayor Hüseynov Rəhim Qədir oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.

Qanunla.Az xəbər verir ki, şəhidin ildönümündə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, RİH məsul şəxsləri, YAP-nın Zərdab rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, qazilər və şəhid ailələri iştirak edib.

Şəhidin abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.

Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.

Qeyd edək ki,Hüseynov Rəhim Qədir oğlu 1984-cü ilin iyun ayının 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olmuşdur. 1990-cı ildə Zərdab rayonunun M.F.Axundov adına Gəlmə kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 1998-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olmuşdur. Liseydən məzun olduqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, akademiyanı Fərqlənmə Diplomu ilə bitirmişdir. Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada hərbi kurslarda iştirak etmişdir. NATO baş katibi tərəfindən ən yüksək medala layiq görülmüşdür. Uzun müddət Əfqanıstanda sülhməramlı qoşunların tərkibində tabor komandiri olaraq xidmət etmişdir. Rus, ingilis və erməni dillərini mükəmməl bilirdi. Xidmət etdiyi dövrlərdə bir çox döyüş medalları və fəxri adlarla təltif edilmişdir.

27 sentyabrda başlayan II Qarabağ – Vətən müharibəsi döyüşlərində qəhrəmancasına iştirak etmiş, oktyabrın 20-də Qubadlı rayonu uğrunda gedən döyüşlərdə şəhadət şərbətini içərək şəhidlik zirvəsinə yüksəlmişdir. II Fəxri Xiyabanda dəfn edilmişdir.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid mayor Hüseynov Rəhim Qədir oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə və “Qarabağ” ordeni ilə təltif edilmişdir.
Zərdab rayonu Gəlmə kənd şəhidləri üçün abidə ucaldılmışdır. Bu abidə də şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun da xatirəsi əbədiləşdirilmişdir.
Orta təhsil aldığı M.F.Axundov adına Gəlmə kənd orta məktəbində şəhid mayor Hüseynov Rəhim Qədir oğlunun adına “Qürur guşəsi” yaradılmışdır.
Ailəli idi, üç övladı var.
Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun!
Vüqar Rəhimov 
image-312573117_2406001696224063_3954589640700559461_nimage-312439559_2406002716223961_7543024682500280246_nimage-311773343_2406003649557201_6532146513195115468_nimage-312051835_2406003809557185_8454337743184948509_nimage-311742082_2406004029557163_1209413738375060409_nimage-311711562_2406004292890470_6962091307840238011_nimage-311601171_2406004762890423_5202960927510624075_nimage-311735528_2406005216223711_3088501734492786940_nimage-311586143_2406006229556943_1321692739632826169_nimage-311820254_2406006586223574_8339151501177268716_nimage-311568361_2406007382890161_5002117394563779261_nimage-312536502_2406013352889564_1502600416633427368_nimage-312520106_2406014822889417_225355930502317203_nimage-312536189_2406018846222348_6023566405129225520_nimage-312536832_2406025286221704_8253750510844173373_nimage-312654031_2406029422887957_3371242166373701032_nimage-312523267_2406018032889096_7523582241341680639_nimage-312420875_2406029899554576_3308535839601606307_n
image-312611986_2406021329555433_6195965608772637568_n
image-312584587_2406029849554581_7869060319728668510_n

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki