image-qanunla-reklam
image-294423114_2321271354697098_8269701627915953444_n

Zərdabda şəhid İbrahim Rüstəmlinin ad günü qeyd olunub-FOTO

image-lady-day-az

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən şanlı səhifəsi kimi yaddaşlara yazıldı. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsində qazandığımız şanlı Qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. İllər ötsə belə 44 gün davam edən Vətən müharibəsinin hər gününü bizlərə Qələbə sevinci ilə bəxş edən oğullarımızı hər zaman yad edəcəyik. Çünki Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda aparılan mübarizədə əbədi zirvəyə ucalmış şəhidlərimizi tanıtmaq və yad etmək vətəndaş olaraq bizim hər birimizin borcudur. 44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran oğullarımızdan biri də şəhid Rüstəmli İbrahim Mirzağa oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Rüstəmli İbrahimin bu gün 28 yaşı tamam olur.

Vətən müharibəsi şəhidi İbrahim Rüstəmlinin ad günü yaşadığı, Zərdab rayon Şahhüseynli kəndində qeyd olunub.

Qanunla.Az xəbər verir ki, Zərdab rayon icra Hakimiyyətinin başçısının birinci müavini Rəhman Feyzullayev,icra başçısının müavini Xəyalə Veyisova,YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev , icra Aparatının məsul şəxsləri,SHXCDX-nin Zərdab rayon bölməsi rəisi Ramil Əhmədov, Gənclər və idman idarəsinin rəisi Ələkbər Kərimov ,idarə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri şəhidin məzarını ziyarət etmişlər, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Birinci Qarabağ döyüşlərində şəhid olmuş qəhrəman şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Daha sonra tədbir iştirakçıları şəhidin evində olub ailəsinə başsağlığı veriblər.

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan icra başçısının birinci müavini  Rəhman Feyzullayev həmin qələbədə payı olan ibrahim kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə, Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib.

O bildirib ki,ötən il Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin müvafiq sərəncamına əsasən Zərdab rayon Şahhüseyinli kəndinin mərkəzi küçəsinə Şəhid Rüstəmli İbrahimin adı verilib.Bu da, rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə hər zaman göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə,Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Qeyd edək ki,Xocavənddə ilk Azanı İbrahim vermişdir. Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış, bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına köməklik göstərərkən, qəhrəmancasına şəhid olmuşdur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid Rüstəmli İbrahim Mirzağa oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vüqar Rəhimov   Qanunla.Az

image-294596544_2321275688029998_3433931031258324013_nimage-294690784_2321270684697165_6832809545556236675_nimage-294458482_2321270818030485_268428560390100063_nimage-294423114_2321271354697098_8269701627915953444_nimage-294541865_2321272948030272_7910953668224014484_nimage-294740480_2321273604696873_2271382347098688840_nimage-294469301_2321274288030138_7254063878265339662_nimage-294395141_2321275711363329_8898826860777446745_nimage-294534253_2321275921363308_8959228484874382150_nimage-294561099_2321276148029952_4784494038374242495_nimage-294537364_2321279354696298_5641745628530715947_nimage-294463980_2321284744695759_6606429195171328754_nimage-294573000_2321279524696281_6411367301991380586_nimage-294503874_2321284281362472_6984757165675430966_n-1image-294424278_2321287604695473_3068555922235056603_nimage-294512336_2321282878029279_5994974400262030387_nimage-294574207_2321285128029054_198075378120498321_nimage-294201084_2321279658029601_2512189661241145351_nimage-294550412_2321287491362151_6578287595599608482_nimage-294552534_2321284934695740_1077751225917065023_nimage-294409112_2321283688029198_2057979825809581093_nimage-294653420_2321284394695794_2082177474540966396_nimage-294531036_2321273408030226_3671260226595254847_nimage-294481028_2321274191363481_3094012809027836103_nimage-294441307_2321274781363422_506002381508621051_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki