image-qanunla-reklam
image-307024621_629623598690609_1052615661821789261_n

Zərdabda şəhid Fərid Rüstəmovun üç mərasimi keçirildi – FOTO

image-lady-day-az

Qanunla.Az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbiçimiz kiçik gizir Fərid Rüstəmovun üç mərasimi keçirilib.

Mərasimdə Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə,YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev,icra hakimiyyətinin məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların rəhbərləri,şəhidin hərbçi yoldaşları və şəhidin ailəsi ilə birlikdə şəhidin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Şəhidlərin ruhuna quran ayələri oxunulub və dualar edilib.

Mərdan Camalzadə çıxış edərək Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun şücaətindən və qəhrəmanlığından,30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbədən bəhs edib, Fərid və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib. Şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunacaq.

Xalqımızın azadlığı, ölkəmizin suverenliyi naminə canlarından keçən Vətən övladlarımızın qəhrəmanlığının böyük qürur hissi doğurduğunu qeyd edib və Fərid Rüstəmovu boya-başa çatdıran valideyinlərinə baş sağlığı verib.

Vüqar Rəhimov

image-307024621_629623598690609_1052615661821789261_nimage-306818506_455551123261672_359128746777266172_nimage-306793091_471976207977749_3390965274881441058_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki