image-qanunla-reklam
image-312369246_673600704285824_1310307186482972413_n

Zərdabda şəhid Fərid Rüstəmovun 40 mərasimi keçirilib FOTO-VİDEO

image-lady-day-az
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatın qarşısını alarkən qəhramancasına şəhid olan DSX-nin kiçik giziri Rüstəmov Fərid Nofəl oğlunun bu gün böyüyüb boya-başa çatdığı Zərdab rayon Kəndəbil kəndində 40 mərasimi keçirilib.
Qanunla.Az xəbər verir ki,mərasimdə Zərdab rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadə, Millət vəkili Jalə Əliyeva, İcra başçısının müavinləri, YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev , İcra Aparatının məsul şəxsləri,Zərdab Gənclər və idman idarəsinin rəisi Ələkbər Kərimov , hüquq mühafizə orqanlarının rəhbərləri, Zərdab təhsil sektorunun müdiri Gülaga Isgəndərov , Gənclər Evi, Rayon ictimaiyyətinin nümayəndələri,şəhidin hərbiçi yoldaşları və şəhidin doğmaları iştirak etmişdir.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə və Millət vəkili Jalə Əliyeva çıxış edərək şəhidin ailəsinə baş sağlığı vermişlər.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Vüqar Rəhimov
image-312282009_1186645308950525_8332489601620917485_nimage-312369246_673600704285824_1310307186482972413_nimage-312539118_464805475715356_2457629378680725274_nimage-312440092_804302827469400_1540911329056431756_nimage-312714333_414582087540613_2458024796859943296_nimage-311291861_480679140747141_5193353877707997773_nimage-312282009_665802791582394_1052389076828946576_nimage-312509066_5224092787697439_1906828839898029152_nimage-312583537_803677840896251_59657775164618901_nimage-312381959_671011317686852_6733920018684427062_nimage-312623211_1299000267307761_7615010899193145616_nimage-305019760_1070302047017921_3032268403736553897_nimage-312314916_643913523978808_6516279824102892809_nimage-312436297_2407885479369018_6170884760588449579_nimage-312808697_2407885889368977_3917266889824311932_nimage-312578323_2407885976035635_2521276760031898293_nimage-312617198_2407886029368963_4427839959144237270_nimage-312522574_2407886099368956_4303069011579024162_nimage-312629054_2407886189368947_7715746053247810142_nimage-312817178_2407886256035607_8449688136149774780_nimage-312490886_2407886486035584_1719237292936404071_nimage-312814929_2407886409368925_8422123159097356874_nimage-312784899_2407886302702269_1844656645846545109_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki