image-qanunla-reklam
image-dsc_0019

Zərdabda Elvin Nasirin iştirakı ilə “Zəfər qazanmış ölkənin gəncliyi” adlı konsert proqramı təşkil olunub-FOTO

image-lady-day-az

“2 fevral-Azərbaycan Gəncləri Günü”münasibəti ilə “Gənclər həftəsi” çərçivəsində Zərdab Rayon Gənclər və İdman idarəsinin və Zərdab Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə Zərdab Mədəniyyət Mərkəzində gənc müğənni Elvin Nasirin iştirakı ilə “Zəfər qazanmış ölkənin gəncliyi” adlı konsert proqramı təşkil olunub.

Qanunla.Az xəbər verir ki,tədbirdə Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov və Zərdab Gənclər evinin direktoru Jalə Kərimli çıxış edərək bildiriblər ki,Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Ümummilli Lider Heydər Əliyev və onun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclər siyasətinin əsas prinsiplərindən biri millətinə və dövlətinə sadiq bir gənc nəsil yetişdirmək idi ki, “Vətən Müharibəsi” bu məqsədin hasil olduğunu göstərdi. Müzəffər ölkənin qalib gəncləri kimi indi daha inamlı və daha həvəslə dövlətimizin inkişafı və bayrağımızın ucalması üçün yorulmadan çalışmalıyıq.

Yaşasın Azərbaycan! Var olsun Azərbaycanın gələcəyi olan gəncliyimiz!

image-dsc_0004image-dsc_0010image-dsc_0011image-dsc_0007image-dsc_0015image-dsc_0013image-dsc_0016image-dsc_0019image-328092048_3306610656222543_6339692867910138187_nimage-328854088_951826512863340_7303995141217908951_nimage-328075705_1513429035831039_574073742687564968_nimage-328159127_672192048018274_1900050924929480653_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki