image-qanunla-reklam
image-297572813_2334626583361575_5335708134802371109_n

Zərdabda birinci Qarabağ müharibəsi şəhidi Rafail Cəfərov adına olan xatirə bulağı istifadəyə verilib-FOTO

image-lady-day-az

Qanunla.Az xəbər verir ki, Zərdab rayonunda birinci Qarabağ müharibəsi şəhidi Rafail Cəfərov adına olan xatirə bulağı istifadəyə verilib.

Açılış tədbirində YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev,Rayon icra hakimiyyəti Aparatının məsul şəxsləri, İcra Hakimiyyəti Aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zinhar Bayramov, Təhsil şöbəsinin sektor müdiri Gülağa İsgəndərov, Su Kanal idarəsinin rəisi Romir Nəcəfov , Əlillər cəmiyyətinin sədri Neman Yediyyarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.Bulağın açılışının rəsmi lenti kəsiləndən sonra tədbir iştirakçıları bulağı ziyarət edib, xatirə bulağının önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki,Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atdı.
Hörmətli Prezidentimiz cənab İlham Əliyevin müasir və müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığı ardıcıl və məqsədyönlü siyasəti ölkəmizin və xalqımızın bütün manelərdən uğurla keçməsini təmin etmiş, böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. Bütün bunlar Prezidentimizin düşünülmüş siyasətinin və vaxtında atdığı addımların real nəticəsidir ki, biz qalib ölkəyik. Zərdab rayonunda şəhidlərimizin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını Rafail Cəfərovun timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Şəhidin həyat yoldaşı və övladları onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbəri Mərdan Camalzadəyə təşəkkür ediblər.

Qeyd edək ki,Rafail Cəfərov könüllü olaraq Qarabağ döyüşlərində qatılmışdır. 1994-cu il Ağdamda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Allah rəhmət eləsin!

Vüqar Rəhimov

image-296995420_1197673967749828_1940979710594181184_nimage-297687261_2334626016694965_4350887308408190885_nimage-297440498_2334626160028284_1702729113623015128_nimage-297664558_2334626270028273_2338949196143349716_nimage-297444594_2334626360028264_1834703834918272163_nimage-297510739_2334626396694927_312295237712304645_nimage-297446054_2334626420028258_7739672095275087496_nimage-297572251_2334626453361588_3996134256393932151_nimage-297465187_2334626473361586_3134451832794700715_nimage-297572813_2334626583361575_5335708134802371109_nimage-297434104_2334626610028239_7192267604592840969_nimage-297641275_2334626650028235_5476188528993073205_nimage-297468454_2334626730028227_2306983990943054152_nimage-297584701_2334626813361552_713726591439202008_nimage-297517098_2334626866694880_4519422943242389_nimage-297569853_2334626916694875_545412686004258559_nimage-297455069_2334626976694869_1451375478996914032_nimage-297506846_2334627063361527_1512492796157704544_nimage-296995420_1197673967749828_1940979710594181184_nimage-297751303_2334627100028190_3954197223877882738_nimage-297436284_2334627150028185_5937636990663117966_nimage-297476778_2334658433358390_3091923122605998934_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki