image-qanunla-reklam
image-fb_img_1655143780711

Zərdabda “15 iyun – Milli Qurtuluş günü müasir tariximizin ən parlaq səhifələrindən biridir” mövzusunda gənclərlə görüş keçirildi

image-lady-day-az

“15 iyun – Milli Qurtuluş günü müasir tariximizin ən parlaq səhifələrindən biridir” mövzusunda gənclərlə görüş keçirildi.

Qanunla.Az xəbər verir ki,13 iyun 2022-ci il tarixdə Zərdab Rayon Heydər Əliyev Mərkəzində “15 iyun – Milli Qurtuluş günü müasir tariximizin ən parlaq səhifələrindən biridir” mövzusunda Zərdab Rayon Gənclər və İdman idarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə gənclərlə görüş keçirildi. Görüşdə Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev qonaq qismində iştirak etmişdir.
Tədbir iştirakçıları öncə Zərdab Rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi və güşələrlə tanış oldular, daha sonra dahi rəhbərə həsr olunmuş film nümayiş olundu.
Görüşdə Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev, Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov və Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova çıxış edərək 15 iyun – Milli Qurtuluş gününün Azərbaycan tarixinin şanlı səhifələrindən olan mühüm bir tarix olduğunu, Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, yüksək idarəçilik bacarığı sayəsində həmin tarixdən etibarən ölkəmizin öz müstəqilliyini itirmək təhlükəsindən xilas edildiyini, bu gün respublikamızın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini diqqətə çatdırdılar. Görüş gənclərin iştirakı ilə maraqlı diskusiya və müzakirələrlə davam etdirildi.

image-fb_img_1655143777689image-fb_img_1655143780711image-fb_img_1655143783236image-fb_img_1655143785850image-fb_img_1655143788232image-fb_img_1655143790538image-fb_img_1655143792984

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki