image-qanunla-reklam
image-8dc2f17696df977316a0674c01f114b9

Zərdab rayonunun Şıxbağı kəndində yaralı əsgərlə görüş keçirilib-FOTO

image-lady-day-az

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən təxribatların qarşısını alarkən qəhrəmanlıq göstərərək yaralanmış Zərdab rayonunun Şıxbağı kənd sakini Cəbrayılov Zeynal Eldəniz oğlu doğma kəndinə qayıdıb.

Qanunla.Az xəbər verir ki, 22 sentyabr 2022-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, başçının birinci müavini Rəhman Feyzullayev, İHB Aparatının şöbə müdiri Zinhar Bayramov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab bölməsinin rəisi Ramin Əhmədov, ərazi üzrə icra və bələdiyyə orqanlarının rəhbərləri yaralı əsgər və ailəsi ilə görüşüb.

Görüş zamanı icra başçısı qeyd edib ki, Azərbaycan  Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz nəinki ermənilərin təxribatının qarşısını almış, torpaqlarımızın qorunmasında qəhrəmanlıq göstərmiş, düşmənin xeyli döyüş texnikasını, canlı qüvvəsini məhv etmişdir. O, bildirib ki, Zəngilan rayonu istiqamətindəki şiddətli döyüşlər nəticəsində Zərdab rayonunun Kəndəbil kəndindən olan kiçik gizir Rüstəmov Fərid Nafil oğlu da qəhrəmancasına həlak olmuşdur. İcra başçısı Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyib. Görüş iştirakçıları hərbi xidmətdə Zeynal Cəbrayılova uğurlar arzulayıblar. Görüşün sonunda əsgərin ailəsinə maddi və ərzaq yardımı olunub. Göstərilən qayğıya görə özü və ailəsi adından ölkə rəhbərliyinə minnətdarlıq edən əsgər Zeynal Cəbrayılov bundan sonra da Vətənə sədaqətlə qulluq etməyə, Ali Baş Komandanın hər an verə biləcək döyüş əmrinə hazır olduğunu bildirib.

image-977ac8295fa6b140f7cc9a242eb56263-1 image-d72bb58db80ac96593bca5535821c717 image-8dc2f17696df977316a0674c01f114b9 image-db0f23ae9fd881f592684867ddcd9bdb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki