image-qanunla-reklam
image-305650587_3314241805488273_860347080922766501_n

Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında” Qaranlıqlar içində közərən Çəmənzəminli ” adlı tədbir keçirildi-FOTO

image-lady-day-az

” Qaranlıqlar içində közərən Çəmənzəminli ” adlı tədbir keçirildi.

Qanunla.Az xəbər verir ki, 6 sentyabr 2022-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayon MKS-nin Mərkəzi Kitabxanasında ” Qaranlıqlar içində közərən Çəmənzəminli ” adlı tədbir keçirildi.

Azərbaycan Respublikasında 2022-ci il “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Şuşa ədəbi məclisinin görkəmli nümayəndəsi Yusif Vəzir Çəmənzəminlinin 135 illik yubileyi mwnasibətilə ” Qaranlıqlar içində közərən Çəmənzəminli ” adlı tədbir keçirildi.

Tədbirdə  Mərkəzi Kitabxananın və şəhər kitabxana filiallarının əməkdaşları iştirak ediblər.

Zərdab rayon MKS-nin direktor müavini Gülüstan Rəhimova tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki,Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığının ana xəttini Azərbaycanın istiqlaliyyəti, milli dövlət quruculuğu, millətin oyanışı və tərəqqisi, tariximizin və mədəni irsimizin düzgün tədqiqi və dərki problemləri təşkil edib. Onun qələmindən çıxmış ictimai-siyasi, tarixi məzmunlu əsərlər siyasi düşüncə tariximizin sanballı səhifələrindən sayılır.

Oxuculara Xidmət şöbəsinin Abonement bölməsinin müdiri Cəmalə Feyzullayeva ədibin həyat və yaradıcılığı haqqında məruzə edərək bildirdi ki, Yusif Vəzir Mehbalı oğlu Çəmənzəminli 1887 -ci il sentyabrın 12 -də Şuşa şəhərində anadan olmuşdur. Yazıçı həyatının ilk iyirmi ilini Şuşada yaşamışdır.1906-cı ildə təhsilini davam etdirmək üçün Bakıya getmiş, 1909 -cu ildə ali təhsil almaq üçün Kiyev İnperator Univerisitetinin hüquq fakultəsinə daxil olmuşdur.Çəmənzəminli Azərbaycan Demokratik Respublikasının yaradılmasında Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə çalışmışdır. Yusif Vəzir Çəmənzəminli 1943 -cü il yanvarın 3-də Qorki vilayətində sürgündə vafat edib.

Ədibin sağlığında 24 kitabı, bu günə qədər isə 60-a yaxın kitabı nəşr olunmuşdur.

Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva və İnformasiya-resurs şöbəsinin əməkdaşı Namiq Səfərəliyev çıxışlarında qeyd etdilər ki, bu il hələ sağlığında özü haqqında “Mən həyatımın sonuna qədər uğursuz olacağına cocuqluğumun ilk dövründən inanıb, qəlbimdə qəm kitabı daşıdım” deyən ədibin anadan olmasından 135 il ötür. Özündən sonra çox zəngin ədəbi irs qoyub getmiş olan Yusif Vəzir Çəmənzəminlinin əsərləri tədqiq və təbliğə layiq bir xəzinədir. Onun Azərbaycan folkloruna, ədəbiyyat tarixinə dair dərin elmi fikirləri və nəzəri tədqiqatları bu gün də böyük əhəmiyyətə malikdir.

Kitabxanada Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığını əks etdirən “Yusif Vəzir Çəmənzəminli 135” başlıqlı kitab sərgisi nümayiş olunub.

Rəqibə Qasımova Zərdab rayon MKS-nin İnformasiya-Resurs şöbəsinin müdiri

image-305578997_3314544002124720_8743140188522283223_nimage-305650587_3314241805488273_860347080922766501_nimage-305667063_3314241508821636_2206818104387916610_nimage-305351839_3314241615488292_2556630709911122330_nimage-305491873_3314240515488402_3107875796081847191_nimage-305803535_3314556582123462_1645471676397448977_nimage-305650587_3314241805488273_860347080922766501_n-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki