image-qanunla-reklam
image-299613650_3269924496668138_4370244292209432087_n

Zərdab rayon Mərkəzi Kitabxanasında “Poeziyamızın mirvarisi- Mirvarid Dilbazi”adlı poeziya saatı keçirildi

image-lady-day-az

18 avqust 2022-ci iı tarixdə Ağdaş Reginoal Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Mərkəzi Kitabxanasında Azərbaycanın xalq şairi Mirvarid Dilbazinin 110 illiyi ilə əlaqədar “Poeziyamızın mirvarisi- Mirvarid Dilbazi”adlı poeziya saatı keçirildi.

Qanunla.Az xəbər verir ki,tədbiri giriş sözü ilə açan Zərdab rayon MKS-in direktoru Nailə Əliyeva,şairə, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSRİ xalq şairəsi, “Şərəf”nişanı, “Qırmızı Əmək Bayrağı” və “İstiqlal”ordenləri ilə təltif olunmuş Mirvarid Dilbazi yaradıcılığının zənginliyindən söz açdı. Mərkəzi Kitabxananın Oxuculara Xidmət Şöbəsinin Abonoment bölməsinin müdiri Cəmalə Feyzullayeva Mirvarid Dilbazinin həyat və yaradıcılığı haqqında tədbir iştirakçllarını məlumatlandırdı. O, bildirdi ki, analıq dünyasının rəngarəng məqamlarını dərin emosionalıqla verən, şairənin yaradıcılığında vətənin, xalqın taleyi hər zaman ön planda olmuşdu. Mərkəzi Kitabxananın əməkdaşları, Gülüstan Rəhimova, Namiq Səfərəliyev, Leyla İsgəndərli, Fatima Veyisova, Mehparə Səfərəliyeva ,Elnaz Hüseynova və digərləri onu sevənlər tərəfindən mirvari dənələrinə bənzədilən şerlərindən nümunələr səsləndirdilər.

Zərdab rayon Mərkəzi Kitabxanasının Oxuculara Xidmət Şöbəsinin müdiri Mehparə Səfərləliyeva .

image-299553894_518998186692460_665601126573993750_nimage-299613650_3269924496668138_4370244292209432087_nimage-299272431_789976728704157_6499538561939238548_nimage-299764806_1141394583081196_7113258348273681050_nimage-295615005_1246340756187333_7223754511517072018_nimage-299618542_624628555684483_6823665720943587716_nimage-299526381_579662010274630_93207050343440519_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki