image-qanunla-reklam
image-286417429_327040989608642_6787025670867026260_n

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Mübariz ruhlu məğrur Azərbaycan qadını” mövzusunda kitab təqdimatı təşkil edilib

image-lady-day-az
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində Mübariz ruhlu məğrur Azərbaycan qadınları, Zərdab rayon sakinləri, ziyalı xanımlar- Zərdab rayon H.B.Zərdabi adına 1 saylı məktəb-liseyin müəlliməsi Səliqə İsmayılovanın “Doğma dilimizin zənginliyindən süzülüb gələn sözlərdən seçmələr”, rayon Mərkəzi Kitabxanasının əməkdaşı Leyla Yaşarın “Daş adam” hekayələr kitablarının Zərdab rayon Heydər Əliyev Mərkəzinə təqdimat tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Zərdab Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova belə kitabların nəşr edilməsi, milli dəyərlərə, milli kimliyimizə, vətənpərvərlik mövzusuna daim diqqət yetirilməsi bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində müstəsna rol oynadığını bildirib. Könül xanım həmçinin, Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan əsgərinin qəhrəmanlığını xatırlayaraq bunun tarixi bir qələbə olduğunu qeyd edib.
Tədbirdə çıxış edən “Doğma dilimizin zənginliyindən süzülüb gələn sözlərdən seçmələr” kitabının müəllifi Səliqə İsmayılova Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrü ana dilimizin inkişafına göstərilən diqqət və qayğı baxımından xüsusi mərhələ kimi vurğulayıb.
“Daş adam” hekayələr kitabının müəllifi Leyla Yaşar isə çıxış edərək 44 gün davam edən Vətən müharibəsində qəhrəmanlıq tarixi yazan şəhidlərimizin hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını və onlar haqqında neçə-neçə kitablar, məqalələr yazılacağını deyib.
Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, rayon 1 saylı məktəb-liseyin müəllimləri, hər iki kitab müəlliflərinin yaxınları və doğmaları onlara yaradıcılıqlarında daha uğurlu fəaliyyət arzuladılar.
Tədbirin sonunda hər iki müəllif tərəfindən kitabları Zərdab rayon Heydər Əliyev Mərkəzinin kitabxanasına təqdim edilib.
image-286251394_327037109609030_8406639758643568390_nimage-286774719_327041436275264_2044026532962063361_nimage-286191196_327041606275247_6387795419759899573_nimage-286572777_327041652941909_2151165230518571931_nimage-286190975_327041919608549_6905704515247104638_nimage-286172147_327041949608546_2007603074755054695_nimage-286315095_327041996275208_5012100214595425362_nimage-286128155_327042039608537_8106919438201342821_n
image-286438038_327042279608513_5394796778504605598_n
image-286676012_327042319608509_6437311539120856721_n
image-286583431_327042189608522_6550619499855350418_n
image-286417429_327040989608642_6787025670867026260_nimage-286659120_327041099608631_4777582895625411864_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki