image-qanunla-reklam
image-311389825_644596473934393_92613488924292860_n

Zərdab rayon Heydər Əliyev Mərkəzində “Qəhrəmanlıq Azərbaycançılıqdır” mövzusunda tədbir keçirilib-FOTO

image-lady-day-az

Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi gizir Turan Muradovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtdırmaq məqsədilə – “Vətən müharibəsi və Vətəni yaşadanlar” silsilə tədbirlər çərçivəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gizir Turan Muradovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq Azərbaycançılıqdır” mövzusunda tədbir keçirilib.

Qanunla.Az xəbər verir ki,tədbirdə şəhidin ailə üzvləri, idarə və müəssisələrin əməkdaşları, ictimaiyyət nümayəndələri, Zərdab rayon H.B. Zərdabi adına 1 saylı məktəb-liseyin müəllim və şagirdləri, həmçinin məktəb-liseyin Şəhid Turan Muradov adına Xb sinif şagirdləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova şəhid Turan Muradovun ömür yolundan, Vətən müharibəsində döyüşlərdə göstərdiyi şücaətdən danışıb.
Tədbirdə Zərdab rayon ziyalısı, rayon 1 saylı məktəb-liseyin müəlliməsi Səliqə İsmayılovanın müəllifi olduğu, şəhidin həyat və döyüş yolunu əks etdirən “YADDAŞA YAZILAN ÖMÜR” adlı kitabın da təqdimatı olub. Kitab müəllif tərəfindən Şəhidin doğmalarına, eləcə də Zərdab rayon Heydər Əliyev Mərkəzinə təqdim olunub.
Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi Ələkbər Kərimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, rayon 1 saylı məktəb-liseyin müəllimələri Səliqə İsmayılova, Çinarə Fərəcova, Mərkəzi Kitabxananın əməkdaşı, gənc yazar Leyla İsgəndərli, Heydər Əliyev Mərkəzinin əməkdaşları Alagöz Namazova, Xanım İmanova, Aişə Hacızadə çıxış edərək şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs ediblər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Zərdab rayon 1 saylı məktəb-liseyin Şəhid Turan Muradov adına Xb sinif şagirdləri isə çıxışlarında Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar. Şagirdlər bildiriblər ki, döyüş meydanında əsgər və zabitlərimizin göstərdiyi şücaət xalqımızın zəfər tarixinə qızıl hərflərlə yazılıb. Şəhidlərin döyüş yolu və vətənpərvərliyi gənc və gələcək nəsillər üçün nümunə olduğu vurğulayıblar.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

image-310965138_1255722325277172_1851898509989868915_nimage-289647377_801233944452538_7762484163330211406_nimage-311389825_644596473934393_92613488924292860_nimage-310233490_785597495853129_8358796384420974083_nimage-311061279_902212570754792_3607704385794406709_nimage-273277618_647865223451394_7315267100330078460_nimage-310513909_3370310279871061_15618256388903244_nimage-310807219_1035716357107758_8258498659132920805_nimage-310618979_651996653206886_141109779606791304_nimage-310422932_831249888074538_2752464296488569500_nimage-310563458_646475243743554_2792213564219910585_nimage-311314373_778054529939950_7612686355047277246_nimage-310881008_1251254138942660_4854557040151158026_nimage-311294943_3449825195298395_526197093964029594_nimage-310831171_443347171232818_8465882897419761849_nimage-310719043_1539587169815943_1015417067115853744_nimage-310605803_673249440671506_1394935902201396297_nimage-310805843_765391381230421_536720959005066005_nimage-310932127_479635434193884_6345842361591384871_nimage-310642688_1279368792812974_1652643462740580496_nimage-310476386_799300248014060_7812943285911932815_nimage-311031693_630108172233650_708376561073383389_nimage-311355680_811609246745734_8605044085679018396_nimage-310998256_792074988570104_3363532328733746857_nimage-311031687_808075840510397_3174572007474542118_nimage-310826478_436184085302362_8154230451637125589_nimage-310955317_1773301139672545_9055908915397314721_nimage-310905491_855774288790795_6890127080642311587_n

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki