Ukrayna prezidenti Volodimir Zelenski NATO müdafiə nazirlərinin toplantısının keçirildiyi Brüsselə gedib.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, NATO-nun müdafiə nazirləri Brüsseldə NATO-Ukrayna Şurasının iclasında ukraynalı həmkarı Rustem Umerovla da görüşəcəklər.
İsrailin müdafiə naziri Yoav Qalantın həftə sonu HƏMAS-ın İsrailə genişmiqyaslı hücumunu və onun nəticələrini müzakirə etmək üçün cümə axşamı videokonfrans vasitəsilə toplantıya qatılacağı gözlənilir.