image-qanunla-reklam
image-gt

Zakir Həsənov türkiyəli generalla görüşdü – FOTO

image-lady-day-az

Oktyabrın 8-də Türkiyə Respublikasının Azərbaycan Respublikasına yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın müdafiə naziri general-polkovnik Zakir Həsənova  təqdim olunub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb.

Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki