image-qanunla-reklam
image-received_1297396244356126

Yunus Oğuzun “Cığır”ı ilə…

image-lady-day-az

20 oktyabr 2022-ci il tarixində Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində yazıçı-publisist Yunus Oğuzun “Cığır” kitabının təqdimatı keçirildi.

Qanunla.Az xəbər verir ki, tədbirdə müəllif, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev, Zərdab rayon Gənlər və İdman İdarəsinin rəis müavini Əvəz Soltanov, Mərkəzi Kitabxananın , Zərdab Tarix-Diyarşünaslıq Muzeyinin və Həsən Bəy Zərdabi Muzeyinin əməkdaşları, Zərdab şəhər 2 və 3 nömrəli tam orta məktəbin şagirdləri,ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbayanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva Yunus Oğuz haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra “Cığır” romanı müzakirə olunub. Mərkəzi Kitabxananın Oxuculara xidmət şöbəsinin Oxu zal müdiri,gənc yazar Leyla İsgəndərli Yunus Oğuzun həyat və yaradıcılığı barədə geniş məlumat verib.
Mərkəzi Kitabxananın İnformasiya- resurs şöbəsinin müdiri Rəqibə Qasımova, Zərdab rayon Gənclər və İdman İdarəsinin rəis müavini Əvəz Soltanov, Oxuculara xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva, Zərdab rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev və başqaları çıxış ediblər.
Tədbirin sonunda Yunus Oğuz tədbir iştirakçılarına və Kitabxana fonduna “Cığır” romanını hədiyyə edib və xatirə şəkli çəkilib.

 

Mərkəzi Kitabxana İnformasiya-resurs şöbəsinin müdiri Rəqibə Qasımova

image-received_1540138069756029 image-received_1057002908304495 image-received_1550744918701640 image-received_1297396244356126 image-received_3232485693731440 image-received_649451406614539 image-received_521612046021435


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki