image-qanunla-reklam
image-1653983389_283479953_5069846463104942_2098339232880025257_n

Yol polisi sürət həddini aşdı, cərimə başqasına göndərildi

image-lady-day-az

Azərbaycanda 99-YP-978 dövlət nömrə nişanlı Yol Patrul Xidməti (YPX) avtomobili sürət həddini aşıb. 

“Qanunla.az” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Cərimə isə 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev isə bildirib ki, nöqsan artıq aradan qaldırılıb:

“Sistemdə qeydə alınmış yanlışlıq aradan qaldırılıb və vətəndaşla bağlı elektron sistemdə təyin edilmiş cərimə cəzası silinib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki