image-qanunla-reklam
image-1662701606_download

Yeni başçı sabiqlərin izi ilə…

image-lady-day-az

Cosqun Adil oğlu Cəbrayılov.
Vəzifəsi – Nizami rayon İcra Hakimiyyətinin Başçısı.

Vikipediyasında yalnız bu cümlələr yazılan gənc və yeni icra başçısının haqqında qısaca olaraq, onu əlavə edək ki, C.Cəbrayılov bu vəzifəyə təyin olunana qədər Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunub.

Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində də bu vəzifəni icra edib. Lakin, nədənsə, C.Cəbrayılov bu məlumatları – daha doğrusu keçmiş vəzifələrini Vikipediyasında yerləşdirməyi lüzum bilməyib.

Hazırkı vəzifəsinə ilk dəfə və yenicə təyin edilən Coşqun Cəbrayılovun barəsində son günlər yerli mediada yayılan bəzi söz-söhbətləri nəzərə aldıqda, belə qənaətə gəlmək olar ki, C.Cəbrayılov “ustadları”na, keçmiş iş yerlərinə olan hörmətinin göstəricisi olaraq, keçmiş iş yeri barəsində vikipediyaya məlumatları ətraflı daxil etdirməyib. Çünki, yerli mediada yayılan bəzi məlumatlardan belə məlum olur ki, Coşqun Cəbrayılov vəzifəyə gələr-gəlməz, özünə sərvət toplamaq üçün “Start” götürüb. Belə ki, “DogruXeber.az” bildirir ki, Nizami rayon sakini Asif Əliyev “reallıqtv”yə bildirib ki, o qanuni torpağında birmərtəbəli ev tikmək üçün 8.000 (səkkiz min) manat rüşvət verməli olub.

Coşqun Cəbrayılovun İcra başçısı olaraq vəzifədə ilk dəfə olduğunu nəzərə alsaq və onun bu gün vəzifəsindən hansı formada istifadə etdiyinə diqqət etsək, həmin dəqiqə onun hər hansı bir İcra Hakimiyyətində (demək olar ki, bütün İcra Hakimiyyətləri bu cür işlədiyi hər kəsə məlumdur) böyük təcrübə keçdiyini anlamış olarıq.
Vikipediasında yazılmır, heç yazılmasın, “təcrübə” ki, bunu bəlli edir. Dəqiq adların qeyd edilməməsi, sadəcə “ustad”ın kimliyini “sirr saxlayır”, vəssalam.

Gənc və yeni başçı Coşqun Cəbrayılovu yeni vəzifəsi münasibətilə biz də təbrik edir, uğurlar arzulayırıq. Amma, hörmətli Coşqun müəllim arzuladığımız uğurları işinizlə, fəaliyyətinizlə, sadə sakinləri incitmədən qazanmağınızı umuruq.

Lütfən nəzərə alın, bütün dünyada (sizlərdən iraq) iqtisadi böhran yaşanır və bu da ən çox sadə vətəndaşlara təsir edir.
Yeri gəlmişkən, növbəti materialda Nizami rayonunda hazırda aparılan qanunsuz tikintilər və sahibkarlara obyekt tikintisi üçün icazə verilmiş yaşıllıq ərazidən bəhs edəcəyik.

Mövzuya qayıdacağıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki