Yaxın gələcəkdə Ermənistan-Türkiyə quru sərhədinin diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün açılması baxımından yaxşı xəbər ola bilər.
“Qanunla.az” xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O, parlamentin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin ilkin müzakirələri zamanı deyib ki, Ermənistan-Türkiyə nizamlanması prosesi Ermənistan Respublikası üçün də çox vacibdir: “Mən nikbin olduğumu bildirmək istəyirəm ki, yaxın gələcəkdə burada yaxşı xəbərlərimiz ola bilər. Və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından danışılır”.
Mirzoyanın sözlərinə görə, Ermənistan 4 qonşusu ilə ən azı müntəzəm münasibətlərdə maraqlıdır.