image-qanunla-reklam
image-1566983738-mese

Yanğınlarda “Azəriqaz”a dəyən zərər müəyyən ediləcək

image-lady-day-az

Meşə yanğınları nəticəsində SOCAR “Azəriqaz” İB-yə dəyən ziyanın həcmi yanğınlar söndürüldükdən və lazımi təftiş aparılandan sonra müəyyən ediləcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

O bildirib ki, “Azəriqaz”a indiyədək dəyən ziyan çox boyük deyil:

“Dəyən ziyanın tam həcmi təftiş və yoxlamalar aparılandan sonra müəyyən olunacaq. Yanğınlar nəticəsində hazırda ancaq Şabran rayonunun 9 kəndinə (1 000 abonentə yaxın) qazın verilişi dayandırılıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki