image-qanunla-reklam
image-1672129361_1670313552_1620113967-unnamed

“Xüsusi nümayəndəlik institutunun yaradılması növbəsi Xankəndinindir” – Zahid Oruc

image-lady-day-az

“Vətən müharibəsində qələbədən sonra yeni hakimiyyət quruculuğu, konstitusion islahatlar və Birinci Qarabağ savaşı dövrünün idarəçilik mirasının ləğvi daha da sürətlənib”.

Qanunla.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O bildirib ki, 90-cı illərdə muxtar dövlətə çevrilən Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi, lakin indi Qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqan üzərindən deyil, ali icra hakimiyyəti tərəfindən birbaşa yönləndirilməlidir:

“Ulu öndər Heydər Əliyev Naxçıvanı xilas etdi, çətin günlərdə qurub möhkəmləndirdi, lakin Zəfərdən sonra, mərkəzi dövlət orqanları ilə paralel nazirliklərin, komitələrin və nəhayət, əlahiddə ordu birləşməsinin paytaxt Bakıdan sahəvi qurumlardan idarə olunması Qars müqaviləsini gücləndirməklə yanaşı, çeviklik, şəffaflıq və hesabatlılığı təmin edəcək. Naxçıvan Ali Məclisinin ləğvi isə yalnız konstitusion dəyişikliklərlə mümkündür. Prezidentin institusional və kadr dəyişiklikləri xalqımız tərəfindən rəğbətlə qarşılanır, çünki bütün hakimiyyət qollarını və ucqarları əhatə edir. Göründüyü kimi, xüsusi nümayəndəlik institutu işğaldan azad olunan torpaqların hüdudlarını aşır, ölkəmizin bütün coğrafiyasına tətbiq olunmaqla Azərbaycanı etnik-milli, ərazi və işğal faktoru ilə parçalayan çoxəsrlik tarixin mənfi ənənələrini aradan qaldırır. İndi növbə Xankəndinindir. Orada xüsusi nümayəndəlik institutunun yaradılması 300 il ərzində İrandan, Rusiyadan və Qərbdən qərarlar gözləyən yerli erməni əhalisini konstitusiya və qanunlara tabe olmağa, düşmənçiliyə  son qoymağa imkan verəcək. Əgər bir vaxtlar Robert Koçaryan və Serj Sarkisyan Qarabağdan Ermənistan prezidentliyinə getmişdilərsə, indi erməni toplumunun özünə kənardan rəhbər gətirməsi xilas yolu ola bilməz. Qarabağın xoşbəxt gələcəyi yalnız Azərbaycanla bağlıdır. İndi Bakı Xankəndi, İrəvan və Təbrizdə yaşayan milyonlarla insanın ümid yeridir. Ona görə də siyasi islahatlar dövlətimizin mövqeyini gücləndirir”.

Deputat qeyd edib ki, bir vaxtlar  keçmiş sovet məkanına nümunə kimi göstərilən Saakaşvilinin son taleyi sübut edir ki, totalitarizmdən demokratiyaya keçid inqilabi deyil, məhz prezident İlham Əliyevin tədrici yolu ilə mümkündür:

“İndi dünyanın bölüşdürülməsi və mürəkkəb çağırışlar şəraitində idarəçilik sistemimiz çevik şəkildə dəyişir, yeni məmurlər və elita üçün güzəştsizlik, hesabatlılıq, sərt tələblər önə çıxır, xüsusi kasta və imtiyazlı təbəqə, oliqarxiyanın idarəçiliklə çulğalaşması kimi məfhumlar aradan qalxır. Azərbaycan təkcə coğrafi cəhətdən deyil, həm də hüquqi, siyasi və idarəçilik baxımından bütövləşir. İnanırıq ki, Qərbi Azərbaycan torpaqlarına dinc qayıdışı yeni milli ideologiya kimi irəli sürən Prezident İlham Əliyevin rəhbərliyi altında Xankəndində keçiriləcək seçkilər, formalaşacaq qanuni idarəçilik strukturları ərazi bütövlüyündən siyasi-hüquqi bütövlüyə keçidi başa çatdıracaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki