image-qanunla-reklam
image-1696405087-651d14e5deb5e651d14e5deb5f1696404709651d14e5deb5c651d14e5deb5d

Xəzərdə Azərbaycan-İran birgə təlimlərinin keçirilməsi barədə razılıq əldə edildi

image-lady-day-az

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində müşahidəçi qismində iştirak etmək üçün İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti Bakıya gəlib.

Müdafiə Nazirliyindən “Qanunla.az”a verilən məlumata görə, Azərbaycan Respublikası HDQ komandanı vitse-admiral Sübhan Bəkirov İran İslam Respublikasının HDQ-nin Əməliyyat Komandanı 1-ci dərəcəli kapitan Məhəmməd Reza Xəzainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

HDQ-nin qərargahında keçirilən görüşdə “Xəzri-2023” təliminin əhəmiyyəti xüsusi vurğulanaraq gələcəkdə Xəzər dənizində Azərbaycan-İran HDQ-nin də birgə təlimlərinin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb və bununla bağlı ilkin razılıq əldə edilib.

Görüşdə hər iki ölkənin HDQ-ləri arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki