image-qanunla-reklam
image-1667461289_1562345904-modern-az_samir_serifov_624

“Xarici amillərin təsiri altında inflyasiya yüksəlib” – Samir Şərifov

image-lady-day-az

“Ötən ildən başlayaraq xarici amillərin təsiri altında inflyasiya yüksəlib. Bu ilin yanvar-avqust aylarında inflyasiya 13 faizdən artıq olub”.

Qanunla.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanın əsas strateji tərəfdaş ölkələrində milli valyutaların dəyərsizləşməsi, hazırda qlobal səviyyədə müşahidə olunan yüksək inflyasiya öz təsirlərini göstərməkdədir.

S.Şərifov əlavə edib ki, yüksək inflyasiya Azərbaycanın dövlət büdcəsindən layihələrə ayrılan vəsaitlərin artmasına səbəb olur.

“Artan xərclər dünya bazarında neft və qazın münbit qiymətləri nəticəsində əldə olunan gəlir artımının məhz bu istiqamətdə yönəldilməsini zəruri edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki