image-qanunla-reklam
image-1660767122-whatsapp-desktop-gets-a-makeover-for-windows-11_large

“WhatsApp”da yeni funksiyalar

image-lady-day-az

“WhatsApp”da 2 əlavə funksiya yaradılıb.

“Qanunla.az” xəbər verir ki, yeni funksiya telefon nömrəsini qeyd etdiyiniz insanların da sizin profil fotonuzu görməməsinə imkan verir.

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. “WhatsApp”ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda “hesab” xanasını seçin.

3. İndi “Məxfilik” xanasını seçin.

4. Daha sonra “Profil fotosu” xanasına toxunun.

5. “Bunlar istisna olmaqla, kontaktlarım” xanasına növbəti dəfə toxunun və profil fotonuzu görməsini istəmədiyiniz kontaktları bağlayın.

İkinci özəllik hansıdır?

Mesajları bəyənmək, reaksiya bildirmək üçün smaylikdən istifadə etmək mümkün idi. Sadəcə say limitli idi. İndi maksimum dərəcə smayliklərdən istifadə etmək olar. Bunun üçün yazının üzərinə sıxırıq “+” bölməsinə daxil oluruq istədiyimiz smayliki seçirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki