image-qanunla-reklam
image-1671606109_52141889_101

“WhatsApp”da silinmiş mesajları bərpa etmək olacaq

image-lady-day-az

“WhatsApp”da silinmiş mesajları geri qaytarmağa imkan verən yeni funksiya əlavə edilib.

“Qanunla.az” xəbər verir ki, sosial şəbəkə platformasında göndərilən mesajlar iki fərqli şəkildə silinir.

Belə ki, onlardan biri mesajın söhbətdəki bütün kontaktlardan silinə biləcəyi “hamı üçün sil”; digəri isə “özüm üçün sil” funksiyasıdır ki, burada mesaj yalnız onu göndərən şəxsin ekranından silinə bilər. Bununla belə, əgər istifadəçilər təsadüfən mesajı “özüm üçün sil” funksiyası ilə siliblərsə, mesajın söhbətdəki digər insanlardan da silinməsini təmin etmək mümkün deyildi.

Qeyd edək ki, yeni funksiya ilə “özüm üçün sil” xüsusiyyəti ilə mesajı sildiyiniz zaman beş saniyə ərzində ekranda “geri al” seçimi görünəcək. Bu klikə basıldıqda, geri qaytarılan mesaj, istəsəniz, daha sonra “hamı üçün” də silinə bilər. Əgər mesaj “hamı üçün sil” funksiyası ilə silinibsə, hələ də həmin mesajı bərpa etmək mümkün deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki