image-qanunla-reklam
image-vuqar-seferli

Vüqar Səfərli ev dustaqlığına buraxılmasını istədi

image-lady-day-az

Uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuş və hazırda külli miqdarda dələduzluqda təqsirləndirilən Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qanunla.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxs vəsatət verib.

O bildirib ki, iş üzrə zərərçəkmişlərə dəymiş ziyanın ödəməyə hazırdır:

“Mən dəymiş ziyanın bir hissəsini azadlıqda olarkən ödəmişəm. Həbs olunandan sonra dəymiş ziyanı ödəyə bilmədim. Əgər məhkəmə istintaqı dövründə azadlıqda olaramsa, qalan məbləği də ödəyərəm. Xahiş edirəm ki, mənim barəmdəki həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edəsiniz”.

Məhkəmə vəsatəti təmin etməyib.

Növbəti proses avqustun 1-nə təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki