image-qanunla-reklam
image-1696575693-1662638453_6268f3a66aee96268f3a66aeea1651045286de4e215c2d40964dab7d29ecfb02c967

Vüqar Qurbanov yeni yaradılan xidmətə direktor TƏYİN ETDİ – FOTO

image-lady-day-az

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nə direktor təyin olunub.

“Qanunla.az”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, direktor vəzifəsinə Mirələm Cəlalov təyinat alıb.

Qeyd edək ki, M. Cəlalov Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi olub.

Xatırladaq ki, bir neçə gün əvvəl “103” xidməti ləğv olunub. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə – “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib.

  • Vüqar Qurbanov yeni yaradılan xidmətə direktor TƏYİN ETDİ - FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki