image-qanunla-reklam
image-1658818046-vilayet-eyvazov

Vilayət Eyvazov bu rayonlara rəis TƏYİN ETDİ

image-lady-day-az

Azərbaycanda iki rayona – Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) yeni rəis təyin edilib.

“Qanunla.az” “Report”a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qubadlı RPŞ-nin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-nə rəis təyin olunub.

Bundan başqa, nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-nə rəis təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki