image-qanunla-reklam
image-313435400_435482492097824_3274718367517240423_n

“Vətən müharibəsi və 8 noyabr Zəfər günü Heydər Əliyev siyasətinin tarixi qələbəsidir”

image-lady-day-az
05 noyabr 2022-ci tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin 2022-ci il Tədbirlər Planına əsasən 8 noyabr Zəfər günü münasibətilə – “Vətən müharibəsi və 8 noyabr Zəfər günü Heydər Əliyev siyasətinin tarixi qələbəsidir” mövzusunda tədbir keçirilib.
Qanunla.Az xəbər verir ki, tədbirdə Həsən Bəy Zərdabi adına 1 saylı məktəb liseyinin müəllim və şagirdləri, Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları iştirak ediblər.
Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Alagöz Namazova gələn qonaqları Zəfər günü münasibətilə təbrik edib.
Tədbirdə Mərkəzin Fond mühafizi Nicat Əhmədzadə, H.B Zərdabi adına 1saylı məktəb-liseyin müəlliməsi Lalə xanım çıxış ediblər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi Xanım imanova “Qarabağın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri idi” mövzusunda geniş məruzə ilə çıxış edib.
Tədbir H.B.Zərdabi adına 1saylı məktəb-liseyin VI b sinif şagirdlərinin ifasında Zəfər tariximizə həsr edilmiş “Milli qürur, qələbə və zəfər bayramı” adlı bədii kompozisiya ilə davam edib.
image-313024770_435482375431169_5389464342576874166_nimage-313045233_435482465431160_7898194060815107973_nimage-313435400_435482492097824_3274718367517240423_nimage-312818430_435482548764485_8920742645159418124_nimage-313031095_435482612097812_7411296268918590078_nimage-313280214_435482652097808_1931904823187164938_n image-313430473_435482672097806_6399696499703905073_nimage-312905358_435482702097803_9178822258977741089_nimage-313188955_435482825431124_2057624821425209208_nimage-314656687_435482848764455_6533290667787027151_nimage-313439695_435482918764448_3906994812345846445_nimage-313198162_435482945431112_933837600072052757_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki