image-qanunla-reklam
image-315642448_2434786893345543_517905193245144011_n

Vətən müharibəsi şəhidi Rüstəmli İbrahimin ildönümü qeyd olunub-FOTO

image-lady-day-az
Vətən müharibəsi şəhidi Rüstəmli İbrahimin 2-ci ildönümü Zərdab rayon Şahhüseyinli kəndində qeyd olunub.
Qanunla.Az xəbər verir ki,anım mərasimində Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev, İcra Aparatının məsul şəxsləri, SHXÇDX-nın Zərdab rayon şöbəsinin rəisi Ramin Əhmədov, Gənclər və idman idarəsinin rəisi Ələkbər Kərimov , Gənclər evinin direktoru Jalə Kərimli , könüllülər, idarə və təşkilatların rəhbərləri və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş önünə gül dəstələri düzərək ailəsinə səbir dilənilib.
Anım mərasimində Rayon icra hakimiyyətinin başçısının birinci müavini Rəhman Feyzullayev çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıbdır. Vətən uğrunda canını fəda edən şəhidlərin əbədi ehtirama layiq olduğu bildirilib, İbrahimin valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edilib.İbrahimin və bütün şəhidlərimizin xatirələrinin hər zaman uca tutulacağı, hörmət və ehtiramla xatırlanacağı vurğulanılıb. Onların ömür yolunun gənclərə nümunə olduğu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağı bildirilib.
Şəhidimizin ailə üzvləri isə hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olmuşdur. 2011-ci ildə Şahhüseynli kənd orta məktəbini bitirib, hərbi xidmətə getmişdir. Aprel döyüşlərinə könüllü yazılmışdı. İbrahim, uşaqlıq illərində həm ailəsində, həm də məktəbdə müəllimlərindən Qarabağın düşmən işğalından azad olunacağına əminlik ifadə edən fikirlər eşidirdi. Bu ruhda tərbiyə alırdı. O da başqa gənclər kimi Qarabağ torpaqlarının azad edilməsində şəxsən iştirak etməyi arzu edirdi. Onun bu arzusu tezliklə həyata keçdi. Rüstəmli İbrahim Mirzağa oğlu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinə müraciət etdi. Özü kimi vətənpərvər gənclərlə birlikdə 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollandı. Hərbi hazırlıq keçdikdən sonra topçu kimi xidmət etməyə başladı. Oktyabrın ortalarında yüngül qəlpə yarası aldı. Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanmışdı. Xocavənd rayonunun bir neçə kəndinin işğaldan azad edilməsində fəal iştirak etmişdir.

Rüstəmli İbrahim Mirzağa oğlu atası ilə sonuncu dəfə noyabr ayının 3-də danışmışdır. Atasına demişdi ki, ata mənə zəng etməyin, yerimizi dəyişəcəklər. Əgər şəhid olsam, narahat olmayın. Şəhid olmaq savabdır!
Xocavənddə ilk Azanı İbrahim vermişdir. Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış, bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına köməklik göstərərkən, qəhrəmancasına şəhid olmuşdur.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən şəhid Rüstəmli İbrahim Mirzağa oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni təltif edilmişdir.
Zərdab rayon Şahhüseynli kənd qəbristanlığında dəfn edilmişdir.
Ailəli idi, iki övladı var.
Vüqar Rəhimov 
image-316006178_2434786700012229_3930996447315443337_nimage-315856789_2434786840012215_8778341664770842516_nimage-315642448_2434786893345543_517905193245144011_nimage-315906987_2434786943345538_4828477240274120214_nimage-316279878_2434787013345531_7652236223114904136_nimage-315954023_2434787140012185_4163929414702029285_nimage-315946698_2434787663345466_1735147470560079394_nimage-316110640_2434787703345462_6907981246692813886_nimage-316061092_2434787403345492_2485404672148192673_nimage-315748912_2434787280012171_2918039814221225631_nimage-316239872_2434787340012165_1547381187634795481_nimage-316108667_2434787486678817_4294704271528822997_nimage-316111005_2434787560012143_4736048925499565132_nimage-316301115_2434787863345446_7414440444469292488_nimage-316429078_2434788053345427_3907975886077077681_nimage-316172117_2434788526678713_8907800598197668191_nimage-315983775_1345093412949140_9118127227727475127_nimage-312545692_5534990129941153_3752884969101689090_nimage-312301889_539158098055165_5351707996346656915_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki