image-qanunla-reklam
image-1667196568_img-20221031-wa0000

Vətən müharibəsi iştirakçısına vəzifə verildi

image-lady-day-az

Göygöl rayonunda Vətən müharibəsi iştirakçısına vəzifə verilib.

Qanunla.az xəbər verir ki, bununla bağlı Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin müvafiq sərəncam imzalayıb.

Sərəncamla Vətən müharibəsi iştirakçısı Yusif Hacıyev başçının köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Y.Hacıyev Bakı Dövlət Universitetini bitirib. 2020-ci il sentyabr ayından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki