image-qanunla-reklam
image-1662190042_304953136_369187982097227_7519001794567571990_n

Uşaqlarımız “zombilər”in əlində

image-lady-day-az

Qanunla.az:-

Reklam lövhələrində “nurlu gələcək” vəd edən “MehNur” loqopedik mərkəzin Neftçilər filialında sən demə körpələrin gözlərindəki nuru qorxu hissi çoxdan əvəz edibmiş.

“DogruXeber.az” xəbər verir ki, Sosial şəbəkələrdə”MehNur ” loqopedik mərkəzdə uşaqlara işgəncə verildiyini əks etdirən görüntülər paylaşılıb.

Bu görüntüləri gördükdən sonra sözügedən loqoped mərkəzinin sosial şəbəkə hesabındakı məlumatlara baxdıq və yalnız bu dəfə müəllimələrin kamera qarşısında körpələrə verdikləri “mehribancasına” suallar qarşısında onların qorxu dolu baxışları ilə nə deyəcəklərini bilməmələrini sezə bildik.

Bu görüntülər yayılana qədər uşaqların gözlərindəki qorxu reklam səhifələrində o qədər də diqqət çəkmirdi. Elə o reklamlara aldanan valideyinlər də min bir zəhmətlə qazandıqları pulu övladının sağlamlığı üçün aparıb həmin mərkəzə ödəyir. Lakin, yazıq valideyin hardan bilsin ki, “ağla, ağlamasan əl çəkən deyiləm” deyən, qəddar, Hollivud filmlərindəki kimi uşağın ağlamasından həzz alan “manyak müəllimə”lər onların pulu qarşılığında övladlarına işgəncələr verirlər.

Hesab edirik ki, hüquq -mühafizə orqanlarının da bu görüntülərdən artıq xəbəri var və inanırıq ki, tezliklə sözügedən mərkəz və görüntülərdə uşaqlara işgəncə verdiyi əks olunan qadın barəsində qanuni tədbirlər görüləcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Video burada:
https://t.me/c/1631248758/5491


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki