image-qanunla-reklam
image-1543472835_logo

Uşaqlarda neçə yaşa qədər danışma problemi normal sayılır? – AÇIQLAMA

image-lady-day-az

Əgər uşaq 2 yaşa qədər danışmırsa, onu izləyirik. Başqa heç bir əlamət yoxdursa, sadəcə danışıq ləngiməsi normal qəbul edilir. Amma iki yaşdan sonra bu nüanslar müayinə edilməlidir.

Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, uşaqlarda göz kontaktının olmasına, dönən oyuncaqlara marağı varmı yoxlanılmalıdır:

“Ata-ana uşağa hansısa istiqaməti göstərəndə həmin yerə, yoxsa barmağa baxır, özünə qapanırmı, ünsiyyət qururmu və s. məsələlərə baxılmalıdır. Əgər bunların heç biri müşahidə edilməzsə, ona danışıq ləngiməsi diaqnozu qoyula bilər. 2 yaşdan sonra buna bənzər problemlə qarşılaşan valideynlər uşaqlarını xüsusilə pediatr, uşaq psixoloqu və psixiatrına, nevroloji problemlər də müşahidə edilirsə, uşaq nevropatoloqlarına apara bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki