image-qanunla-reklam
image-rusiya-ukrayna-serhed

Ukraynalı generaldan etiraf: Öhdəsindən gələ bilmirik!

image-lady-day-az

Ruslar xüsusi əməliyyat zonasında güclü istehkamlar tikib və onların öhdəsindən gəlmək mümkün olmayıb.

Qanunla.Az xəbər verir ki, bunu ukraynalı general-mayor Sergey Krivonos deyib.

“Ərazinin istehkamlarla düzgün təchiz edilməsinin Zaporojye istiqamətində Rusiya istehkam sahələrinin nümunəsində nəyə nail ola biləcəyini görürük”, – o bildirib.

General xatırladıb ki, bu müdafiə xətti düzgün tərtib olunduğu üçün Ukrayna Silahlı Qüvvələri təxminən altı aya yaxındır onun öhdəsindən gələ bilmir.

O qeyd edib ki, Kiyev rəhbərliyi rusiyalı hərbi mütəxəssislərdən öyrənməlidir: “Burda heç bir qəbahət yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki