image-qanunla-reklam
image-derkac

Ukrayna xalqı yorulub, amma inanır! – Derkaç

image-lady-day-az

Ukrayna xalqında müəyyən müharibə yorğunluğu var. Bu, həm də ölkənin şərqində və cənubunda bir sıra iri müəssisələrin bağlanması ilə yaranan iqtisadi çətinliklərlə əlaqədardır.

Bu sözləri Axar.az-a ukraynalı jurnalist Ənvər Derkaç Ukrayna cəmiyyətinin hazırkı ovqatını şərh edərkən deyib.

“Hər şeydən əvvəl, ölənlərin və ağır yaralananların sayının artması səbəbindən baş verən yorğunluq var. Lakin bu, qələbə gözləntilərinə təsir göstərmir. Ukraynalıların böyük əksəriyyəti başqa variantı belə düşünmür – yalnız qələbə. Son iki il ərzində belə ənənə yaranıb: hər atışmadan sonra silahlı qüvvələrə ianələrlə dəstək olunur”, – o bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki