Ukraynalı zabit Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərəkətlərini tənqid edən qərbli siyasətçiləri və ekspertləri cəbhəyə getməyə və özlərini fəaliyyətdə göstərməyə dəvət edib.
“Qanunla.az” xəbər verir ki, bu barədə Ukrayna hərbçilərinin mövqelərinə baş çəkən “Teleqraf”ın köşə yazarı Kolin Friman məlumat verib.
“Bizdən daha yaxşı döyüşə biləcəyini düşünən hər kəs bura gəlib özünü sınaya bilər”, – deyə Ukrayna Silahlı Qüvvələrinin artilleriya komandiri bu jurnalistə deyib.
Frimanın sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin uğursuzluğu çox güman ki, “gerçəyə çevriləcək” “drama”dır.
“Bunun fonunda ukraynalı hərbçilərin mənəviyyatının aşağı düşməsi təəccüblü deyil”, – deyə o qeyd edib.
Oktyabrın 27-də Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin mənəvi-psixoloji vəziyyətinin kritik dərəcədə aşağı olduğunu açıqlayıb.
Bundan əvvəl Çinin “South China Morning Post” qəzetinin analitiki Samid Başa qeyd edib ki, Ukrayna cəbhədə yüksək itkilər və əsgərlərin yorğunluğu səbəbindən kütləvi fərarilik ilə üzləşib.