image-qanunla-reklam
image-1698742326_1471662

“Ukrayna bioloji silahlarla təxribatlar planlaşdırır” – Rusiya MN

image-lady-day-az

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Ukrayna Milli Polisi bioloji silahlarla təxribatlar planlaşdırır.

Qanunla.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillovun sözlərinə görə, irimiqyaslı bioloji hücumlar planlaşdıran RAND qeyri-kommersiya təşkilatının MKİ layihələrində iştirakı bir sıra suallar yaradır.

“Aydındır ki, bu cür tədqiqatlar Vaşinqtonun bioloji silahların yayılmaması ilə bağlı öhdəliklərinə uyğun gəlmir. Təqdim olunan sənədlər ABŞ-da bioloji silahların yaradılması üzrə davam edən proqramı göstərir”, – Kirillov ABŞ-ın hərbi-bioloji fəaliyyətləri ilə bağlı brifinq zamanı vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki