image-qanunla-reklam
image-1696021834_20220713_gaf_u39_1751-pic_32ratio_900x600-900x600-6660

Ukrayna Aİ-yə bu tarixdə üzv ola bilər

image-lady-day-az

Ukrayna 2030-cu ilə qədər Aİ-yə daxil ola bilər.

“Qanunla.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ-nin Kiyevdəki səfiri Katarina Maternova deyib.

O, Brüssel tərəfindən nəzərdə tutulan islahatların tamamlanmasını: qanunvericilik, o cümlədən milli azlıqların hüquqlarının müdafiəsi və məhkəmə sahəsində, habelə korrupsiyaya qarşı uğurlu mübarizəni Ukraynanın Aİ-yə daxil olmasının şərti adlandırıb.

“İnanıram ki, Ukrayna 2022-ci ilin iyununda Avropa Komissiyasının tövsiyəsində müəyyən etdiyi yeddi addım üzərində işi başa çatdıracaq. Düşünürəm ki, çox çalışsanız, 2030-cu il real son tarixdir”, – deyə səfir bildirib.

Maternovanın sözlərinə görə, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar bu ilin dekabrında başlaya bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki