image-qanunla-reklam
image-c1c20763-051b-3950-b066-462b8005b713_850-1

Türkiyə Müdafiə Nazirliyi bu il zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb

image-lady-day-az

Türkiyənin Silahlı Qüvvələri ilin əvvəlindən regionda müxtəlif terror təşkilatlarının 2 300-dən çox yaraqlısını zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyədə və xaricdə həyata keçirilən əməliyyatlarla bağlı məlumatı açıqlayan nazirliyin sözçüsü mayor Pınar Kara bildirib ki, bölgədə terrorçulara qarşı mübarizə davam edir. “Təkcə oktyabr ayı ərzində Türkiyədə və xaricdə 27 əməliyyat keçirilib, bu əməliyyatlar zamanı 279 terrorçu zərərsizləşdirilib. İlin əvvəlindən zərərsizləşdirilən yaraqlıların ümumi sayı 2 360 nəfərə çatıb”, – deyə müdafiə qurumunun nümayəndəsi əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki