Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yaradılan “Qardaş Briqada” layihəsi çərçivəsində Çanaqqalaya göndərilən Azərbaycan hərbçilərinin təlimləri davam edir.
Qanunla.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Təlimlər Çanaqqalanın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığının Qərargahında davam etdirilir.