image-qanunla-reklam
image-382818979_843481783816274_2509167137796415921_n

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir”

image-lady-day-az

“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir”

Türkiyə ilə Azərbaycan arasında dostluq- qardaşlıq münasibətləri uğurla inkişaf edərək elə bir həddə çatmışdır ki, bu dostluq-qardaşlıq bütün sahələrdə özünü göstərdi və gözəl nəticələr verdi. Türkiyə – Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir.Azərbaycan – Türkiyə strateji münasibətlərinin yüksək səviyyəsi dövlətlərarası əlaqələrin tarixində nadir hadisə kimi qiymətləndirilir. Hər iki ölkə dünyanın bir sıra mühüm geosiyasi və geoiqtisadi proseslərinin cərəyan etdiyi mürəkkəb regionda etibarlı strateji tərəfdaşlar kimi münasibətlərin daim inkişafında və daha da gücləndirilməsində maraqlı olduğunu əməli addımlarla nümayiş etdirmişdir. İstər Azərbaycanda, istərsə Türkiyədə yeni hökumət fəaliyyətə başlayan zaman yüksək vəzifəli dövlət xadimlərinin ilk xarici səfərlərini Ankaraya və Bakıya etmələri əlaqələrin qarşılıqlı etimad və inam əsasında qurulmasından xəbər verməklə yanaşı, dünyaya “Bir millət, iki dövlət” deyiminin reallığı əks etdirdiyini təsdiqləyən mühüm ismarıc da göndərir.

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “BİR MİLLƏT, İKİ DÖVLƏT” olmuşlar.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. Bu münasibətlərin korlanmasına heç bir qüvvə təsir edə bilməz. Bu gün iki ölkə arasındakı əlaqələr ən yüksək formadadır. Bu münasibətlər bundan sonra da xətt üzrə inkişaf edəcək.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru-Rəşad İsmayılov

 

 

“Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adət-ənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı daim bir-birinə yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur.”

Azərbaycan-Pakistan ictimai-siyasi, tarixi və dövlətçilik əlaqələrinin keçmişi yaxın zamanları əhatə edir. İki xalq arasındakı ədəbi ilişgilər isə dövlətlərin siyasi əlaqələrindən çox-çox əvvələ gedir. Bu ilişgilər xalqların özündən, varlığından qaynaqlanır; çünki xalqların yaradıcılığı onun özü qədər qədimdir. Bu əlaqələr xalqların tarixində, dilində, bədii düşüncəsində, etnogenezisində, düşüncə mədəniyyətində gizlənir. Coğrafi cəhətdən olsun ki, bu gün bu ədəbi ilişgilər bir-birindən aralı düşmüş olsun. Lakin tarixən hər iki xalqın kökü, etnik düşüncəsi, qardaşlıq hissi onların çox yaxın-bir qardaş qədər qohumluğunu, yaxınlığını şərtləndirir. Xalqları bir-birinə bağlayan, onları yaxınlaşdıran yalnız din, dil deyil, həm də bədii düşüncədir. Minilliklərdən gələn islami düşüncə və təsəvvüf görüşləri hər iki xalqın çağdaş milli düşüncə arealını bütövləşdirir.

Azərbaycan – Pakistan əməkdaşlığı son illər, sözün həqiqi mənasında, həm tərəflərin maraqlarına cavab verən şəkildə, həm də zamanın çağırışlarının nəzərə alınması ilə inkişaf etdirilir. Xatırladaq ki, xalqımız və dövlətimiz Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində daimi dəstəyə görə Pakistana minnətdar olmuşdur. Cənab Prezidentin vurğuladığı kimi, istər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Xüsusi vurğulanmalı məqamlardan biri də odur ki, Pakistan Azərbaycanın dövlət müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr sonrakı il iyunun 9-da qurulmuşdur. Əvvəlcə Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır.

Güclü iqtisadiyyata və hərbi potensiala malik olan bu müsəlman ölkəsi ilə dostluq və tərəfdaşlıq münasibətlərimiz gündən-günə inkişaf edir. Dostluq və əməkdaşlıq isə tarix boyu həmişə sülhə, tərəqqiyə və hərtərəfli inkişafa stimul yaradıb.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki