image-qanunla-reklam
image-312380884_649451409947872_4520205457300263254_n

Turanı xatırlayarkən…

image-lady-day-az

Sevgi dediyin ruhda olar, canda olar, qanda olar.. Ruh da, can da , qan da vəhdət olub Ana olar..Ana sevgisi Vətən adlı bir dünyada bərqərər olar, tam olar.. Vətən adlı o sevgini, dağ boyda qəlbinə sığdıran Zərdablı igidlərimizdən biri:- Turan Muradovun işığına yollandıq bu gün..

İlk olaraq Həsən Bəy Zərdabi adına 1 saylı məktəb liseydə, 44 Günlük Vətən müharibəsi iştirakçısı Turan Muradov adına X b sinfində şəhidlərimizin ruhunu hörmət və ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad etdik. 30 ildi işğal damğasını özündə yaşadan, həsrət adlı məhkumluğa məruz qalan Vətən torpaqlarımızı 44 günə bizə qaytaran igidlərimizdən fəxrlə danışdıq. Kitabxanamızın əməkdaşı Xanım Abışova heç zaman unudulmayan, bizim üçün hər zaman yaşayan Vətən müharibəsinin qəhərmanlardan biri olan Turan haqqında uşaqlara ətraflı məlumat verdi.. Məktəbin dil- ədəbiyyat müəlliməsi Səliqə müəllimənin qəhrəman ogullarımız haqqında danışdığı hadisələr çox maqraqlı idi. Müəllimə mənfur düşmənlərinizin torpaqlarımızda illərlə gözü olduğunu, fürsət düşdükcə pis niyyətlərini həyata keçirdikləri haqqında ürəkyanğısı ilə danışdı. Şagirdlərə Turan Muradova həsr etdiyi ” Yaddaşlara yazılan ömür” adlı kitabını oxumağı tövsüyyə edən müəllimə, hər zaman şəhidlərimizə borclu olduğumuzu dönə-dönə vurğuladı.

Kitabxanamızın əməkdaşı Leyla İsgəndərli şagirdlərə ilk növbədə dərslərində fəal olmağı, vətənə layiq övlad olaraq yetişməyi tövsiyyə etdi. Gəncliyin üzərinə düşən böyük bir missiya şəhidlərimizi hər zaman anmaq, yaşatmaq,tanıtmaq olduğunu bildirdi. Qısa ömrünü Vətənə fəda edən, qəhrəman oğulun keçdiyi döyüş yolundan danışdıqca həm kövrəldik, həm qürurlandıq. Tariximizə qızıl hərflərlə yazılan 44 gün bizim həm kədər, həm şərəf,həm qürur günümüzdü!

Son olaraq Allahdan şəhidlərimizə rəhmət,qazilərimizə can sağlığı arzu edirik!

Mərkəzi Kitabxananın kitabxanaçısı Elyanə Rüstəmva.

image-312536254_449543863948377_8111930697179991591_nimage-312900994_807931653635665_1493059690841185360_nimage-312536254_449543863948377_8111930697179991591_n-1image-312712350_1306109193544892_4949713658226122125_nimage-312643211_815669376301845_40101771091141771_nimage-312622228_512960184022616_5904191018045814284_nimage-312753666_1174086570131424_3107180897452927269_nimage-312112732_445666024361203_4115130050324424974_nimage-312100331_843117940336025_6365208884611679971_nimage-312380884_649451409947872_4520205457300263254_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki