”Sabaha İnam Sosial İnkişaf İctimai Birliyi”-nin təşkilatçılığı ilə “Tovuz hadisələri” mövzusunda tədbir keçirilib.
”Sabaha İnam Sosial İnkişaf İctimai Birliyi”-nin sədri Vüsal Əliyev Qanunla.Az-a bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunan görüşdə şəhid ailələri iştirak ediblər.
Şəhid ailələrinin üzvləri çıxışlarında şəhidlərimizin keçdikləri həyat yolundan, Vətən sevgisindən, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıblar.
İctimai Birlik bu istiqamətdə tədbirləri davam etdirir.