image-qanunla-reklam
image-resmi8766

Tarixi gün

image-lady-day-az

Tarixi gün

Bu il dekabrın 21-də Müstəqil Azərbaycanın tarixində növbəti əlamətdar hadisə baş verdi. Həmin gün Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə Qalib Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağımızın mərkəzində – Xankəndi şəhərindəki stadionda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Bu futbol oyunu sıravi bir idman hadisəsi deyil, bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə oldu. Belə ki, ilk dəfə idi ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi.

Bu tədbirə xüsusi rəng verən isə həmin oyunda ölkəmizin Prezidentinin və birinci xanım Mehriban Əliyevanın burada iştirakı oldu. Xüsusəndə ki, bu əlamətdar idman yarışmasında vətənimizin ərazi bütövlüyünün bərpası uğrundakı döyüşlərdə həlak olan şəhidlərimizin müqəddəs ruhuna ehtiram və vətənpərvərlik nümunəsi göstərilib. Belə ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər. Təşkilatçılar tərəfindən böyük hazırlıq işləri görülüb. Bu gün bütün Qarabağın ərazisində aparılan quruculuq-abadlıq işləri Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Xankəndi şəhərindəki stadion cəmi iki ay ərzində yenidən inşa edilib, əsaslı təmir olunub. Bu idman qurğusünda separatizm simvolikasını əks etdirən bütün yazılar ləğv edilərək tarixin zibilxanasına atılıb.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə

21 dekabrda tarixi futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası vardır. Təməli Qarabağ xanı tərəfindən qoyulan Xankəndi qədim Azərbaycan diyarıdır. Son 30 il ərzində Xankəndidə separatçılar yuva salmış, Xankəndi şəhəri separatizmin rəmzinə çevrilmişdi. Şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ bizim tarixi, əzəli torpağımızdır və bu torpaqların sahibləri Azərbaycan xalqıdır. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi və bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Xankəndi şəhərində keçirilən futbol matçından əvvəl bu mərasimdə çıxış edən Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!
İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl – İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl – sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik”.

Qarabağın azad olunması böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər.

Əlihüseyn Rəsullu- Hüseynxanlı kənd sakini, fəal gənc

 

 

Quruculuq-abadlıq işləri bütün Qarabağda aparılır

Vətən müharibəsində misilsiz şücaət göstərən qəhrəman Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu il sentyabr ayının 19-20-də birgünlük antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. 24 saat ərzində Qarabağdakı qanunsuz hərbi birləşmələr məhv edildi, separatçılar silahı yerə qoyaraq təslim oldular. Yüksək peşəkarlıqla aparılan, yalnız legitim hərbi hədəflərin məhv edildiyi antiterror tədbirlərində mülki əhaliyə və obyektlərə zərər dəymədi. Oktyabrın 15-i müasir tariximizə daha bir şərəfli səhifə kimi yazıldı. Ali Baş Komandan, Prezident İlham Əliyev separatçılardan təmizlənən Ağdərə, Xocalı, Əsgəran, Xocavənd və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və bununla da müstəqil dövlətimiz öz ərazilərində suverenliyini tam olaraq bərpa etdi.

İşğaldan azad olunmuş əraziləri yenidən qurmaq, keçmiş məcburi köçkünlərin yurd yerlərinə qayıdışını layiqli şəkildə təmin etmək Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin əsas istiqamətidir. Müharibənin bitdiyi 3 il ərzində ölkə başçımızın həmin bölgələrə davamlı səfərləri çərçivəsində yaşayış yerlərinin, obyektlərin təməllərini qoyması və genişmiqyaslı yenidənqurma işlərinə birbaşa nəzarət etməsi bunu bir daha təsdiq edir. Dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd və Xocalı rayonlarına səfərləri də məhz düşmən əsarətindən azad olunmuş yurd yerlərimizin inkişafının, bərpasının dövlətimizin diqqət mərkəzində olduğunun isbatıdır. 30 illik işğala son qoyan, Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirən Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün uğurla həyata keçirilir. Reallaşdırılan layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Maddi və mədəni dəyərlərimizin, tarixi abidələrimizin bərpası isə bu işlərin mühüm tərkib hissəsidir. Respublikamızın hər bölgəsi inkişaf etdirilir. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət olunur. Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

 

 

Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi

Vətən müharibəsində misilsiz şücaət göstərən qəhrəman Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu il sentyabr ayının 19-20-də birgünlük antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Ərazi bütövlüyümüzün və suverenliyimiz təmin olunduqdan sonra yenidən qurulan Qarabağımızda bu il növbəti uğurlu, tarixi tədbir keçirildi. Dekabrın 21-də Qarabağımızın mərkəzində – Xankəndi şəhərindəki stadionda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun baş tutdu. bu əlamətdar idman yarışmasında vətənimizin ərazi bütövlüyünün bərpası uğrundakı döyüşlərdə həlak olan şəhidlərimizin müqəddəs ruhuna ehtiram və vətənpərvərlik nümunəsi göstərilib. Belə ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər. Onlar bu yarışı Müzəffər Ali Baş Komandan, Prezident cənab və birinci xanım Mehriban Əliyeva ilə bir yerdə izləyiblər.

Yarışın əvvəlində Prezident cənab İlham Əliyev iştirakçılar qarşısında çıxış edərək qeyd etdi ki, “Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq. Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir, bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Bu, böyük tarixi hadisədir və bu tarix bizim qəlbimizdə əbədi yaşayacaq. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər”.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 

Üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi

Azərbaycan idmançıları üçün ən böyük mükafat azad olunmuş ərazilərə, Xankəndiyə  qayıtmaqdır. Bu mənada 2023-cü il idman ictimaiyyəti üçün  önəmli il kimi tarixə düşdü. Bu il ənənəvi idman yekunlarının Xankəndidə keçirilməsi olduqca vacib hadisədir. Qalib ölkənin idmançılarının öz suverenliyimizi bərpa etdikdən sonra Xankəndidə mükafatlandırılması bütün idman ictimaiyyətini qürurlandırdı. Prezident cənab İlham Əliyevin idmançılarla görüşündə söylədiyi kimi, məhz Xankəndidə ali səviyyədə mükafatlandırılma ədalət nümunəsidir. Doğrudan da bu, çox nadir nümunədir. Biz qalib xalq kimi öz dogma torpaqlarımızda bütün ənənələrimizi bərpa edirik. Xankəndidə həm idmançılar, həm azarkeşlər özlərini çox xoşbəxt hiss edirdilər. Bizim qayıdışımızla azad olunmuş ərazilərə həyat qayıdıb. Bunu cəmi 3 ay əvvəl azad olunmuş Xankındinin dirçələn simasında daha aydın görmək mümkündür.

30 il separatizmdən əziyyət çəkən Xankəndi stadionunda ilk dəfə futbol matçı keçirildi. Təbii ki, Qarabağ-MOİK qarşılaşmasının Xankəndidə keçirilməsinin rəmzi mənası var və Prezident cənab İlham Əliyevin stadionda çıxışı zamanı bəyan etdiyi kimi, azərbaycanlıların inşa etdiyi bu gözəl diyarda 30 il ərzində separatçılar yuva salmışdılar. Faktiki bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Üç ay əvvəl Xankəndidə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Cəmi 2 ay ərzində yenidən inşa edilən Xankəndi stadionu separatizm simvolikasından təmizləndi. Biz tarixi matçları tezliklə Ağdamın “İmarət” stadionunda da izləyə biləcəyik. Yaxın vaxtlarda stadionun yenidən inşasına başlanılacaq. Bu, işğaldan azad olunmuş ərazilərimizdə idmanın inkişafı ilə bağlı genişmiqyaslı tədbirlərin keçirildiyini göstərir. Xankəndidə keçirilən mərasim Azərbaycan idmançılarını daha böyük qələbələrə həvəsləndirir. Əminəm ki, idmançılarımız bundan sonra da bizi daha böyük uğurlarla sevindirəcək.

Emil Kamilov – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki