image-qanunla-reklam
image-1695019618-1df1e942-9463-326e-acb6-ff8e44300262_850

Tarixi əlaqələr

image-lady-day-az

Tarixi əlaqələr

Azərbaycanın Asiya ölkələri ilə əlaqələri 1991-ci ildə ölkəmiz miistəqillik əldə etdikdən və 1992-ci ildə BMT-yə üzv qəbul olunduqdan sonra başlanır və hazırda müvəffəqiyyətlə inkişaf edir. Mərkəzi Asiya dövlətlərinin bəziləri Azərbaycanla sıx partnyorluq münasibətləri yaratmış və onunla hərtərəfli əməkdaşılq edir, digərləri ölkəmizlə diplomatik münasibətlər qurmuş və tərəfdaşlıq istiqamətində hərtərəfli iş aparırlar.

Cənab Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən siyasət sayəsində xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bütün dünya nüfuzunu artırıb, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevrilib, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı isə durmadan artır. Dövlət başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə  dəvət olunması Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir.

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir . Bu gün Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da xüsusi yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil, lakin  tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir.Azərbaycan  Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındadır, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoq yaradır. Bu, bir növ bu günün reallığıdır. Bu prosesi daha da fəallaşdırmaq ən vacib məsələlərdən biridir.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Əməkdaşlığın yeni formatı.

Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır siyasi, sosial-iqtisadi böhran yaşayan Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas edən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ölkəmizi bugünkü inkişaf səviyyəsinə çıxarıb. Məhz onun hazırladığı Azərbaycanın inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, nəzərdə tutulan bütün hədəflərə nail olunub. Sözsüz ki, hər bir dövlətin gücü həm də onun iqtisadi potensialından irəli gəlir. Ölkəmizin iqtisadi qüdrəti davamlı olaraq inkişaf edir, dünyada bu sahədə yaşanan böhranlardan dayanıqlı olduğu üçün təsirsiz ötüşür. Həmçinin Azərbaycanda möhkəm sabitliyin, əmin-amanlığın bərqərar olması, hərbi-siyasi gücünün günü-gündən artması, öz torpaqlarını işğaldan azad etməklə yeni reallıqlar yaratması, regionun inkişafına mühüm töhfələr verməsi ölkəmizin qlobal aləmdə nüfuzunu xeyli artırıb, mövqelərini yüksəldib, onu mövcud olduğu regionun liderinə çevirib. Dövlətimizin başçısı İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ərsəyə gələn nəhəng layihələr isə dünyaya meydan oxuyur, iştirakçı olan dövlətlərin iqtisadi inkişafına səbəb olur. Ölkəmizi dünya üçün əhəmiyyətli edən digər məqam isə onun etibarlı tərəfdaş statusu qazanmasıdır. Bu səbəbdəndir ki, əməkdaşlıq etdiyimiz bütün dövlətlər Azərbaycanla münasibətləri yüksək qiymətləndirirlər.

Regional əməkdaşlığın yeni formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradır. Hazırda Avropanın üzləşdiyi çətin enerji böhranından xilas olmasında önəmli rol oynayan Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafında, ticarət əlaqələrinin genişlənməsində vacib ölkə hesab olunur.

Odur ki, məhz bu zəmində xüsusən son illər həmin ölkələrlə münasibətlərdə əlaqələrimiz durmadan genişlənir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər əhəmiyyətinə görə əməkdaşlığımıza strateji xarakter qatır. Azərbaycan Respublikasının günü-gündən inkişafı həm regionda, həm də beynəlxalq aləmdə genişlənən imkanları, sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələri ilə bağlıdırsa, digər tərəfdən bilavasitə dövlətimizin başçısının şəxsi nüfuzundan, qlobal təşəbbüslərinin səmərəliliyi və fikirlərinin əhəmiyyətindən irəli gəlir.

Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb

İkitərəfli əməkdaşlığın mühüm meyarlarından birinin qarşılıqlı ticarətin və sərmayələrin artımıdır ki,  həmin iki istiqamət üzrə göstəricilər davamlı şəkildə sürətlənir.

Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Azərbaycan artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçirir. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağı yüksəkdir.

Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu Mərkəzi Asiya dövlətləri  üçün açıqdır. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan tərəfindən müasirləşdirilir.

Artıq Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında  sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçirilir. Nəqliyyat və logistika sahəsi münasibətlərində Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki