image-qanunla-reklam
image-39086734

Tarix Yazan Sərkərdə

image-lady-day-az

Nə yatmısan , qoca vulkan, səninləyəm,

Ayağa dur , Azərbaycan , səninləyəm!

 

Ruhu şad olsun , əvəzolunmaz şairim , Məmməd Araz!

Qoca Vulkan oyandı! Oyandı , nə oyandı!

 

Bir yumruğa döndü Azərbaycan. Dəmir bir yumruğa!

O möhtəşəm 44 gündə bütün dünyaya milli mənliyini , kimliyini sübut etdi. Etdi ki Koroğlular , Babəklər, Cavanşirlər, Həzilər yurdu sahibsiz deyil, başsız deyil.Bu qədim yurdda İlham Əliyev kimi başçı da var ,baş da. Hələ üstəlik yağı düşmənə qan udduran yüzlərlə , minlərlə şirürəkli oğullar da! Zalımların üzərinə qara bulud kimi çökən nər oğullar! Qanları ilə zəfər tarixi yazan oğullar!

 

Cabir Novruz necə gözəl demiş;

Millət əzər , əzilər də

Kaş millətdə ruh yaşasın !

Əyri qəddi düzələr də

Kaş millətdə ruh yaşasın!

Siz, təkcə torpaqlarımızı qaytarmadınız. Öləzimiş ruhumuzu , sındırılmış qürurumuzu , tapdalanmış namusumuzu , şərəfimizi qaytardınız!Bizə bizi qaytardınız!

Sevinc, kədər , qürur , təəssüf-bütün hisslər qarışıb bir- birinə.

Sevinirik , qürurdan köksümüz qabarır. Xəzər boyda bayrağımız dalğalanır, Qarabağ ellərində.

Kədərlənirik, qəlbimizdən qara qanlar axır.Gözüyaşlı analar , bacılar , gəlinlər, körpələr, yarımçıq qalan arzular…. Və bəlkə də reallaşan arzular.

Öz toyunda bayrağa bürünüb torpağa tapşırılmaq arzusuna çatan Pəncəlimiz , dastana dönən Xudayarımız , Poladımız, Mübarizimiz , Talehimiz, yüzlərlə , minlərlə nurüzlü şəhidlərimiz! Torpağı qanı ilə suvaran qazilərimiz! SİZ AZƏRBAYCANSINIZ!

 

Fəzail Ağamalı

Milli Məclisin deputatı Ana Vətən partiyasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki