image-qanunla-reklam
image-1670219070_download

Talıbovlar ailəsi hansı gününə şadyanalıq edir ? – VİDEO

image-lady-day-az

DogruXeber.az” bildirir ki, on günləri gündəmi çalxalayan mövzulardan biri, hətta birincisi Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan Muxtar Respublikasında apardığı əməliyyatlar və nəticələri barəsində hər gün yenilənən məlumatlardır.

Hər kəs, xüsusilə də Naxçıvanlılar üçün ağıla-gümana gəlməyən, olması mümkünsüz görünən çox hadisələr oldu. Kimlərdə nələr aşkar edildi, kimlər vəzifəsindən getdi….

Naxçıvan sakinlərinin adını belə çəkməyə ehtiyat etdiyi, adını çəkərkən, qorxudan az qala “təzim edib, salavat çevirdiyi” – xalqın “Naxçıvan Xanı ” ləqəbi verdiyi Vasif Talıbov “taxtında endirilincəyə qədər” gəldi.

Anlayacağımız, bu günlər hər kəsin gözü-qulağı Naxçıvanda.

Kimisi “Vasif Talıbov artıq prezidentlik iddiasında idi”- dedi, kimisi başqa variantlar irəli sürdü…
Hətta, bəzi şəxslər bütün bunların “klanlararası mübarizə” olduğunu belə dedi.

Lakin, bütün bu olanların arasında sosial şəbəkələrdə daha bir videogörüntü yayımlandı. Həmin görüntülərdə heç bir şey olmamış kimi Talıbovlar ailəsinin 80% dotasiya ilə kef məclisi qurduğu görülür.

“DogruXeber.az” qeyd edir ki, məclisdə Talıbovun qudası, Fazil Ələkbərovun bacısı oğlu Elnur və əvvəllər Culfa Rayon Polis şöbəsinin rəisi işləmiş – bu ilin əvvəlində işdən çıxarılmış Polis Polkovnik-Leytenantı Şərif Hüseynəliyev yer alır.

Özü də deyəsən, bu məclis hansısa dəbdəbəli restoranda, yaxud əyləncə mərkəzində deyil, məclis iştirakçılarından hansısa birinin malikanəsində təşkil olunub.

Bəli…
Görüntülərdən də aşkar göründüyü kimi, baş verən heç bir olay Talıbovların keyfinə təsir etməyib. Belə olan halda səbəb olaraq müxtəlif şəxslər tərəfindən verilən şərhlərdən, yayılan şayiələrdən hansının doğru, hansının yanlış olduğuna, hətta ümumiyyətlə hansına inanacağına qərar verməkdə adam tərəddüd edir.

Təbii ki, ən doğrusunu zaman göstərəcək. Bizlərə isə yalnız olayları diqqətlə izləmək qalır…

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki