image-qanunla-reklam
image-fb_img_1654980859633

Zərdab rayon Heydər Əliyev Mərkəzində “ŞUŞANIN MİLLİ SİMVOLU-XARIBÜLBÜL” adlı tədbir keçirilib –FOTO

image-lady-day-az

 

“ŞUŞANIN MİLLİ SİMVOLU-XARIBÜLBÜL”

11.06.2022-ci il tarixdə Zərdab rayon Heydər Əliyev Mərkəzində “Şuşa ili” ilə əlaqədar “Şuşanın milli simvolu-XARIBÜLBÜL” adlı tədbir keçirilib.

Tədbirdə Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri V.Bayramova, rayon 1 saylı məktəb-liseyin, 2 saylı tam orta məktəbin müəllim və şagirdləri və bir qrup ziyalı iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı.
Müasir-müstəqil Azərbaycanın dövlətinin memarı, xalqımızın Ümummili Lideri Heydər Əliyevin və torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri çıxış sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova “Şuşa ili” ilə bağlı mərkəzdə təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən söhbət açaraq bildirdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım “Əsarətdə belə əzəmətini itirməyən qədim şəhər-ŞUŞA” mövzusunda məruzəsində qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2022-ci ili məhz Azərbaycanın qədim şəhəri və mədəniyyət paytaxtına həsr olunan “Şuşa ili” elan etməsi çox mütərəqqi bir addımdır. “Şuşa, ümumiyyətlə, Qarabağ hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərancamına əsasən, Şuşa şəhəri vətənimizin mədəniyyət paytaxtı elan edilib. Bu il isə cənab Prezidentin müvafiq Sərəncamı ilə ölkəmizdə “Şuşa ili” elan edilib. Ümummilli lider Heydər Əliyevin dediyi bir çümləni təkrar etmək istəyirəm: Şuşa Qarabağın incisidir və Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil-deyə məruzəçi qeyd edib.

Tədbirin davamında “Şuşa ili” ilə bağlı Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin birgə elan etdiyi rayon ümumtəhsil məktəbliləri arasında keçirilən “Şuşa Zirvəsi” adlı inşa yazı müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə təltif ediliblər.
I yer:
Rəhimli Ayan Vüqar qızı

II yer:
Qafarova Gülcan Şövqi qızı

III yerlər:
Rəhimzadə Ayla Vüsal qızı
Şıxıyeva Nərgiz Anar qızı

Qaliblər Zərdab rayon Heydər Əliyev Mərkəzinin və Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin diplom və hədiyyələri ilə təltif olunublar.

Tədbirdə çıxış edən digər qonaqlar- Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Zərdab rayon Komitəsinin sədri Vəfa Bayramova, H.B.Zərdabi adına 1 saylı məktəb-liseyin müəllimələri Səliqə İsmayılova, Çinarə Fərəcova “Şuşa İli” çərçivəsində həyata keçiriləcək tədbirlərin mədəniyyət paytaxtımızın irsinin təbliğinə töhfə olacağını qeyd ediblər.
Tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirən Ç.Fərəcova belə tədbirlərin yetişməkdə olan gənc nəsildə Vətənə məhəbbət və vətənpərvərlik hisslərinin aşılanması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.
Şuşa şəhərinin tarixi haqqında, Şüşadan olan Üzeyir Hacıbəyli, Xurşidbanu Natavan, Bülbül, Xan Şuşinski kimi dahi sənətkarlarımız haqqında H.B.Zərdabi adına rayon 1 saylı məktəb liseyin II və VI sinif şagirrdləri təqdimat, kompozisiya və şerlər ilə çıxış ediblər.
Tədbir iştirakçıları Mərkəzdə nümayiş olunan şagirdlərin əl işlərindən ibarət “ŞUŞA İLİ-ŞUŞA ZƏFƏRİ” adlı sərgiyə baxış keçiriblər.
Tədbirin sonunda “Şuşanın dağları” mahnısının sədaları altında məktəblilər rəqs edib, milli musiqi sənətimizin bənzərsiz nümunələrini təqdim ediblər.

image-fb_img_1654980841613image-fb_img_1654980845381image-fb_img_1654980849413image-fb_img_1654980853189image-fb_img_1654980856741image-fb_img_1654980859633image-fb_img_1654980879966image-fb_img_1654980883652


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki