image-qanunla-reklam
image-1670833189_trend_shusha_protest_121222_2

Sülhməramlılar etiraz keçirilən əraziyə hərbi texnika yığır

image-lady-day-az

Xəbər verdiyimiz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

Qanunla.az xəbər verir ki,  Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları əraziyə hərbi texnika və xeyli sayda canlı qüvvə cəlb ediblər.

Həmçinin Şuşada keçirilən aksiyada iştirak edən azərbaycanlı fəallar Qarabağdakı erməniləri də onlara qoşulmağa dəvət ediblər. Hazırda Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirilən aksiya davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki